Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayı I rübdə 2 dəfə artıb

Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayı I rübdə 2 dəfə artıb
# 04 may 2012 14:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayı ötən ilin analoji dövrünə nisbətən 2 dəfə artıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı isə 65-ə bərabər olub: «Hazırda ölkə üzrə hər 100 nəfərə 30-dan artıq genişzolaqlı internet istifadəçisi düşür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Eyni zamanda, hazırda ölkənin bütün yaşayış məntəqələrində sürətli internetin tətbiqinin genişləndirilməsi, əhalinin genişzolaqlı xidmətlərə çıxış imkanlarının artırılması istiqamətində əhəmiyyətli tədbirlər görülür».

Qeyd edək ki, Dünya İqtisadi Forumunun «The Global Information Technology Report 2012» hesabatına əsasən, Azərbaycan hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də birinci yerdədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR