Rusiyada məmurlara xarici avtomobillərdən istifadə etmək qadağan olunur

Rusiyada məmurlara xarici avtomobillərdən istifadə etmək qadağan olunur
# 05 aprel 2012 11:00 (UTC +04:00)
APA-Economics”in RBK-ya istinadən xəbərinə görə, bu barədə o, Rusiyada avtomobil istehsalına həsr olunmuş müşavirədə bildirib.

Baş nazir qeyd edib ki, milli avtomobil sənayesinin dəstəklənməsi məqsədilə qəbul olunan yeni qayda 2013-cü ildən qüvvəyə minəcək: “Hesab edirəm ki, bütün dövlət və bələdiyyə orqanları, federal büdcədən maliyyələşən sifarişçi və müəssisələr gələn ildən yalnız Rusiya, Qazaxıstan və Belarusda istehsal olunmuş avtomobil texnikasını almalıdır. Təbii ki, zəruri texnika VƏM ərazisində istehsal olunmursa, bu halda istisnalar olacaq”.

V.Putin deyib ki, bu norma Ümumdünya Ticarət Təşkilatının (ÜTT) normalarına zidd deyil: “Rusiyanın ÜTT-yə üzv olması ilə bağlı danışıqlar zamanı belə razılıq əldə olunub ki, ölkənin dövlət sifarişləri zamanı daxili qaydalar əsas götürüləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR