Bakıda Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində tədbirlər keçirilir

Bakıda Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində tədbirlər keçirilir
# 06 noyabr 2012 13:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bakıda Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində tədbirlər keçirilir. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu çərçivədə Silahlı Qüvvələrin Hərbi Akademiyasında Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO/ABŞ ekspertləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü keçirilir. Tədbir müddətində "Müdafiə strategiyası və planlaşdırılması", "NATO-nun əməliyyat proseduraları və hərbi uzlaşma", "İnformasiya müharibəsi", "NATO-nun komanda və nəzarət proseduraları", "Milli təhlükəsizlik üzrə qərarın qəbul edilməsi", "Strateji əməliyyatlar", "İnformasiya texnologiyaların istifadəsi", "Geosiyasət və beynəlxalq münasibətlər", "Hərbi iqtisadiyyat", "Milli təhlükəsizlik strategiyası və siyasətin inkişafı" mövzuları ətrafında müzakirələr aparılacaq.

Bakıda həmçinin "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu da başlayıb. Müdafiə Nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunmuş kursu NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu keçir.

Kurs müddətində NATO-nun mobil təlim qrupu tərəfindən iştirakçılara "NATO-nun əməliyyat planlaşdırma prosesi", "Əməliyyatın planlaşdırma mərhələləri və planlaşdırma qrupları", "Planlaşdırma sənədləri", "Strateji sənədlər", "Əməliyyatın inkişaf konsepsiyası və ssenarisi", "Əməliyyatın son nəticəsinin, strateji məqsədlərin, məhdudiyyət və məcburiyyətlərin müəyyən edilməsi" və s. mövzular barədə brifinqlər veriləcək və sinif təlimləri keçiriləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR