Erməni diasporu Azərbaycanın Fransadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib

Erməni diasporu Azərbaycanın Fransadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib
# 19 sentyabr 2012 08:04 (UTC +04:00)
APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, aksiya planlaşdırıldığı kimi dünən baş tutub. Aksiya Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfərinə etiraz əlaməti olaraq keçirilib. Mitinq iştirakçıları Ramil Səfərovun ekstradisiyası və əfv olunmasına etiraz edib və Fransa prezidentini ədalətin bərpa olunması üçün əlindən gələni etməyə çağırıblar. Ermənilər Ramil Səfərovun cəzasının çəkilməmiş hissəsini beynəlxalq nəzarət altında çəkməsini tələb ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR