Turqut Özalın məzarının açılmasına başlanıb

Turqut Özalın məzarının açılmasına başlanıb
# 02 oktyabr 2012 06:56 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün səhər məzarın ətrafına iki traktor və 6 fəhlə gətirilib. Polis əməkdaşları məzarın olduğu ərazini mühafizə edir.

Xatırladaq ki, T. Özalın zəhərlənərək öldürüldüyü haqda iddialarla əlaqədar prokurorluq təhqiqata başlayıb. Təhqiqat çərçivəsində T. Özalın məzarının açılmasına və onun qalıqlarından nümunələr götürülərək araşdırma aparılmasına qərar verilmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR