Afrika dövlətlərinin gənc mütəxəssisləri Azərbaycana gələcək
21 sentyabr 2012 14:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Sentyabrın 23-29-da Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq.
Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər Azərbaycanın Misirdəki səfirliyi, Afrika İttifaqı yanında müşahidə missiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Səfərdə Afrika İttifaqı Komissiyasının əməkdaşları, Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Cənubi Afrika Respublikası, Qabon, Ruanda, Zimbabve, Mozambik, Zambiya, Liberiya, Nigeriya, Qambiya və Qabonun nümayəndələrindən ibarət 19 nəfər iştirak edəcək.
Səfərin təşkil olunmasında məqsəd Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti və onun tərkib hissəsi olan gənclərin məşğulluğu, sağlamlığı və təhsili kimi proqramlarla tanış olmaq və Azərbaycanın bu sahədə zəngin təcrübəsini öyrənmək, Azərbaycanın gənclər təşkilatları ilə əlaqələr qurmaq və gələcək birgə əməkdaşlıq sahələrini müəyyən etməkdən ibarətdir.
Səfər müddətində Afrika İttifaqının nümayəndə heyətinin GİN, Strateji Araşdırmalar Mərkəzi, Dövlət Neft Fondu, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Gənclər Fondu, “İrəli” İctimai Birliyi, Gənclər Təşkilatları Milli Şurası və “Böyuk İpək Yolu” beynəlxalq gənclər təşkilatında görüşləri nəzərdə tutulub.
Azərbaycan 2011-ci ildən Afrika İttifaqı yanında müşahidəçi statusu əldə edib. Həmin vaxtdan Azərbaycanla Afrika İttifaqı arasında siyasi, elm-təhsil, gənclər və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi prosesi başlanıb. Oktyabrda isə Afrika İttifaqının insan resursları, elm və texnologiyalar üzrə komissarı Jan Piyer Onvehun Ezin Azərbaycana səfər edəcək.

Sosial
TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
18:42
22 may 2024
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024