Milli Məclisin deputatı Avropa Birliyinin seminarına qatılacaq

Milli Məclisin deputatı Avropa Birliyinin seminarına qatılacaq
# 09 oktyabr 2012 12:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Milli Məclisin deputatı Asim Mollazadə Avropa Birliyinin təşkil etdiyi “Regional özünüidarəetmədə yerli hakimiyyətlərin rolu” mövzusunda keçiriləcək seminarda iştirak etmək üçün Brüsselə gedib. Millət vəkili bu seminarda “Avronest” təşkilatını təmsil edəcək və mövzu üzrə əsas məruzəçilərdən biri olacaq.

Asim Mollazadə səfər çərçivəsində “Avronest”in Belarus üzrə işçi qrupunun iclasında da iştirak edəcək. Sözügedən toplantıda Belorusda seçki və seçkidən sonrakı vəziyyət, ölkənin ümumi ictimai-siyasi mənzərəsi müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR