AMEA Terminologiya Komissiyası “Avtomobil nəqliyyatı terminləri lüğəti” hazırlayıb

AMEA Terminologiya Komissiyası “Avtomobil nəqliyyatı terminləri lüğəti” hazırlayıb
# 16 oktyabr 2012 10:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyası “Avtomobil nəqliyyatı terminləri lüğəti” hazırlayıb. Komissiyanın sədr müavini Sayalı Sadıqovanın APA-ya verdiyi məlumata görə, indiyədək Azərbaycanda avtomobil nəqliyyatı ilə bağlı yalnız rus dilində lüğət olub. Ona görə də avtomobil nəqliyyatı ilə əlaqədar terminləri özündə ehtiva edən lüğətə ehtiyac yaranıb. 5500 sözdən ibarət yeni lüğət Azərbaycan, rus və ingilis dillərində buraxılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR