Bağdadda baş verən partlayışlarda 3 nəfər həlak olub

Bağdadda baş verən partlayışlarda 3 nəfər həlak olub
# 09 avqust 2012 22:56 (UTC +04:00)
Bakı-APA. Bağdadın cənubundakı bazarda iki bomba partlayıb. Nəticədə 2 nəfər həlak olub, 19 nəfər isə yaralanıb. Şəhərin şimalında isə bir nəfər güllələnib. Hər iki terror aktına görə məsuliyyəti öz üzərinə «Əl-Qaidə» terror şəbəkəsi götürüb. Güllələnən şəxs «Əl-Qaidə» ilə mübarizə üçün yaradılmış könüllü hərbi birliyin üzvü olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR