ATƏT-in Bakı ofisinin rəhbəri Lənkərandadır

ATƏT-in Bakı ofisinin rəhbəri Lənkərandadır
# 22 may 2012 14:20 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay bu gün Lənkərana səfərə gedib. APA-nın cənub bürosunun məlumatına görə, diplomat öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı rayonun kənd təsərrüFatının mövcud vəziyyəti və vətəndaşların ərizə və müraciətlərinə baxılması məsələsi müzakirə olunub.
Koray Tarqay daha sonra Lənkəran Şəhər Polis Şöbəsinin rəisi Elxan Əliyevlə görüşüb, şöbənin müvəqqəti saxlama yerinin şəraiti ilə tanış olub.
Sabah isə ATƏT-in Bakı ofisinin rəhbərinin Lənkəranda yerli QHT-lərin iştirakı ilə keçirilən dəyirmi masanın işində iştirakı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR