Türkiyə parlamentində yenə də dava düşüb

Türkiyə parlamentində yenə də dava düşüb
# 30 mart 2012 04:51 (UTC +04:00)
Bakı-APA. Türkiyə parlamentinin Baş Assambleyasında 12 illik icbari təhsil haqqında qanun layihəsinin müzakirəsi zamanı yenə də dava baş verib.
APA-nın haberler.com saytına istinadən verdiyi xəbərə görə, dava hakim AK partiyasından millət vəkili Məhmet Metiner və Millətçi Hərəkat Partiyasından Vəli Ağbaba arasında düşüb. AK partiyalı deputatların müxalifətin təkliflərini rədd etməsini tənqid edən Ağbabanın üstünə Məhmet Metinerin yuruməsindən sonra dava düşüb.
Bunların davasına digər deputatlar qoşulub. Daha bir gərginlik CHP deputatları qrupunun rəhbəri Mühərrem İncenin “belə davam etsə parlamentə silahla gələcəyik” deməsindən sonra baş verdib.
Qeyd edək ki, TBMM-in martın 29-unda keçirilən iclasında da deputatlar arasında dava düşmüşdü.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR