Ucar elektrik şəbəkəsinin işçisi dirəkdən yıxılaraq ölüb

Ucar elektrik şəbəkəsinin işçisi dirəkdən yıxılaraq ölüb
# 22 avqust 2012 08:16 (UTC +04:00)
Ucar. Zahid Abışov – APA. Azərbaycanın Ucar rayonunda bədbəxt hadisə baş verib. APA-nın yerli bürosunun məlumatına görə, Ucar elektrik şəbəkəsinin əməkdaşı, rayon sakini Fazil Sadıqov avqustun 18-də rayonun mərkəzi küçəsində elektrik naqillərində yaranmış problemi aradan qaldırmaq üçün çıxdığı dirəkdən ehtiyatsızlıq nəticəsində yıxılıb.

F.Sadıqov şok vəziyyətində Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. O, bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR