Azərbaycanda anasını qısqanclıq zəmində qətlə yetirən Nardaran sakini 14 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanda anasını qısqanclıq zəmində qətlə yetirən Nardaran sakini 14 il müddətinə azadlıqdan məhrum edilib
# 01 mart 2012 13:14 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Nardaran qəsəbə sakini, 1990-cı il təvəllüdlü Hüseynov Akif Zeynalabdin oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, A. Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Hüseynov anasını qısqanclıq zəminində qətlə yetirib. Belə ki, ilkin istintaq zamanı verdiyi ifadəsində A. Hüseynov anasını yad bir adamla telefonla danışarkən gördüyünü deyib. O bildirib ki, gecə saat 3 radələrində yuxudan durub və anasının telefonla danışdığını görüb. Bundan sonra özünü saxlaya bilməyib və mətbəx bıçağı ilə anası 53 yaşlı Əminə Hüseynovanı bıçaqlayaraq qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR