Çinli dissident ABŞ səfirliyində gizlənib

Çinli dissident ABŞ səfirliyində gizlənib
# 29 aprel 2012 00:42 (UTC +04:00)
Bakı-APA. Ev dustaqlığından qaçan çinli dissident Çen Quanqçenq ABŞ-ın Pekindəki səfirliyindədir və onun gələcəyi bərədə ABŞ və Çin rəsmiləri arasında danışıqlar gedir.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə qərargahı ABŞ-da yerləşən Çin insan haqları müdafiəçiləri qrupu - ChinaAid bəyanat yayıb. Qurumun prezidenti və sabiq Tiananmen Meydanının fəalı Bob Fu Çenin durumunu ABŞ-ın insan haqları diplomatiyasında “həlledici məqam” adlandırıb.

Xatırladaq ki, ChinaAid aprelin 27-də bildirib ki, Çen hazırda doğma kəndindən xeyli uzaq təhlükəsiz yerdədir.

Həmin gün ABŞ hökuməti Çenin taleyindən narahatlığını ifadə etmiş, amma onun harada olması haqda məlumat verməyib.

Vəkil və insan haqları müdafiəçisi Çen kommunist hökumətin ailələrin həcmini məhdudlaşdıran siyasətindəki haqsızlıqları sənədləşdirdikdən sonra həbs edilib. O, ötən bazar günü doğma Donqşiqu kəndindən yoxa çıxıb. Rəsmilər bu barədə yalnız sonrada xəbər tutublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR