Belarusda MDB-nin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının iclası keçiriləcək
23 may 2012 13:34 (UTC +04:00)
Bakı. - APA-Economics. İyunun 4-7-də Minsk (Belarus) şəhərində MDB ölkələrinin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şuranın 32-ci iclası keçiriləcək.
“APA-Economics”in xəbərinə görə, toplantı ərəfəsində müvafiq layihə, sənəd və qərarların razılaşdırılması üçün şuranın işçi qruplarının görüşləri keçirilir.
İclasın gündəliyinə 2011-2015-ci illərdə Belarusda dövlət şəhərsalma siyasətinin əsas istiqamətləri, inşaat materialları sənayesinin inkişafı, seysmik tikinti sahəsində normativ bazanın təkmilləşdirilməsi, Qazaxıstanın yaşayış fondunun rekonstruksiyası təcrübəsi, tikintidə enerjiyə qənaət və bərpaolunan enerji mənbələrindən istifadə və s. məsələlər müzakirə olunacaq.
Bundan başqa, görüşdə Şuranın Katibliyinin və Komissiyanın fəaliyyəti haqqında hesabat dinləniləcək.

İnfrastruktur
ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
17:03
10 may 2024
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək
16:48
10 may 2024
AZAL-ın kollektivi Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTO
14:49
10 may 2024
Səfir: Türkiyə şirkətləri bundan sonra da Qarabağda quruculuq işlərində fəal iştirak edəcək
12:34
10 may 2024