Avropa Birliyi Gürcüstana 670 milyon avro ayıracaq
16 oktyabr 2012 10:31 (UTC +04:00)
Bakı – APA. Avropa Birliyi Gürcüstana 670 milyon avro məbləğində maliyyə yardımı ayırmaq qərarına gəlib. APA-nın Gürcüstan xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Filipp Dimitrov deyib. O bildirib ki, ayrılan vəsaitin bir qismi dövlət büdcəsinə, digər hissəsi isə ölkədə yeni layihələrin həyata keçirilməsinə yönəldiləcək.
Səfir 2014-2020-ci illər üzrə AB-Gürcüstan əməkdaşlığına dair konkret əməkdaşlıq planı hazırlandığını bəyan edib. O, ümid etdiyini bildirib ki, “Gürcü Arzusu”nun formalaşdırdığı yeni hökumət avrointeqrasiya yolunu davam etdirəcək.

Avropa
Ukraynada 20 minə qədər məhkum orduya cəlb edilə bilər
13:12
10 may 2024
Polşa Rusiya və Belarusla sərhəddə bunkerlər tikəcək
07:39
10 may 2024
David Cameron: “Britaniya İsrailə silah ixracını dayandırmayacaq”
05:19
10 may 2024
Zelenski Dövlət Mühafizə İdarəsinin rəhbərini işdən çıxarıb
04:44
10 may 2024