Netanyahu: “Dünya üçün İranın nüvə silahına sahib olması qədər təhlükəli heç nə ola bilməz”

Netanyahu: “Dünya üçün İranın nüvə silahına sahib olması qədər təhlükəli heç nə ola bilməz”
# 28 sentyabr 2012 08:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İsrailin baş naziri Benyamin Netanyahu İranın mübahisəli nüvə proqramı ilə bağlı “qırmızı xətt” çəkilməsinə ehtiyac olduğunu bildirib.

APA-nın məlumatına görə, B.Netanyahu BMT Baş Assambleyasının 67-ci sessiyasında çıxışı zamanı deyib ki, yalnız bundan sonra İran boyun əyəcək. İranın dayandırılması üçün çox vaxt itirildiyini iddia edən baş nazir vurğulayıb ki “qırmızı xətlər” döyüşə səbəb olmaz, əksinə qarşısını alar: “Dünya üçün İranın nüvə silahına sahib olması qədər heç bir şey təhlükəli ola bilməz”.

B.Netanyahu bildirib ki, İranın atom bombası üçün lazım olan uranı 90% zənginləşdirməsinin qarşısı alınmalıdır. O, fikrini zala gətirdiyi sxem üzərində izah etməklə iştirakçılara çatdırıb. Bikford fitilli bomba şəklinin çəkildiyi sxemin aşağısında “90%” yazılmış xətt olub. B.Netanyahu barmağı ilə bombanın dar hissəsini göstərərək “qırmızı xətt”in buradan keçməli olduğunu deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR