Azərbaycanın enerji təminatında yaranan problemlər Bakı aeroportundan aviareyslərin yerinə yetirilməsində ləngimələrə səbəb olub

Azərbaycanın enerji təminatında yaranan problemlər Bakı aeroportundan aviareyslərin yerinə yetirilməsində ləngimələrə səbəb olub
# 28 sentyabr 2012 07:03 (UTC +04:00)
Hava limanından «APA-Economics»ə verilən məlumata görə, aviareyslərin ləngiməsinə səbəb elektrik enerjisinin verilişinin müvəqqəti kəsilməsi və nəticədə kompüter sisteminin işləməməsi olub: «Lakin hazırda elektrik enerji təchizatı bərpa olunub və hazırda ləngiyən aviareyslər üzrə təyyarələrə minik başlanacaq. Bir qədər ləngiyən Bakı-Naxçıvan aviareysi isə artıq yola salınıb».

Qeyd edək ki, Bakıdan Praqa, Kiyev, Rostov və Sankt-Peterburq aviareysləri ləngiyib.

Xatırladaq ki, ötən gecə sürən qeyri-sabit hava şəraiti nəticəsində Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) elektrik paylayıcı yarımstansiyasını ildırım vurub və İES-in bir neçə bloku sıradan çıxıb. Hadisə nəticəsində paytaxt Bakı da daxil olmaqla ölkənin əksər şəhər və rayonlarında elektrik enerjisi təchizatında məhdudiyyətlər yaranıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR