“Air France” aviaşirkəti 3 min əməkdaşını ixtisar edəcək

“Air France” aviaşirkəti 3 min əməkdaşını ixtisar edəcək
# 21 may 2012 11:45 (UTC +04:00)
Bakı - APA-Economics. “Air France” aviaşirkəti bu ilin ortalarında 2500-3000 əməkdaşını ixtisar etməyi planlaşdırır.

APA-Economics”in “La Tribune” qəzetinə istinadən xəbərinə görə, iyunun sonu-iyulun əvvəlində əməkdaşların “öz xahişi ilə” işdən çıxması gözlənilir.

İxtisarlar ərəfəsində həmkarlar ittifaqları ilə danışıqlar olacağı şübhəsizdir. İxtisarların məqsədi “personalın məhsuldarlığının artırılması və onun işinin təşkilində çevikliyə nail olmaq”dır. Bu ixtisarlar “Air France”ın yalnız iki filialından - “Britair” və “Regional”dan yan keçəcək.

Qeyd edək ki, 2009-cu ildə aviaşirkətdə həyata keçirilən kütləvi ixtisar 1900 əməkdaşı əhatə edib. Hazırda “Air France”ın 58,5 min əməkdaşı var ki, onlardan da 19,3 min nəfəri təyyarə ekipajlarıdır.

“Air France” 2004-cü ildə Niderlandın KLM aviaşirkəti ilə birləşib. Birləşmiş şirkətin 102 min işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR