“Gənclik və azərbaycançılıq məfkurəsi” mövzusunda mədəni-kütləvi tədbirlər keçirilib

“Gənclik və azərbaycançılıq məfkurəsi” mövzusunda mədəni-kütləvi tədbirlər keçirilib
# 09 oktyabr 2012 09:31 (UTC +04:00)
Bakı-APA. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icra olunması və gənclərin vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən Xaçmaz, Quba, Qusar rayonlarında “Gənclik və azərbaycançılıq məfkurəsi” adlı təbliğat kampaniyası çərçivəsində “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfranslar və konfranslara həsr olunmuş konsert proqramları təşkil edilib. Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, həmin rayonların millət vəkilləri, rayon (şəhər) icra hakimiyyətlərinin başçıları, müxtəlif gənclər təşkilatlarının rəhbərləri, əlaqədar idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər və tələbələr iştirak ediblər. Kampaniya zamanı Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliğ edilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və çıxışlar dinlənilib.

Minlərlə gəncin iştirak etdiyi konsert proqramlarında respublikanın tanınmış incəsənət ustaları və gənc müğənnilər çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR