Azərbaycana gələn əcnəbilər üçün vizaların internet vasitəsilə verilməsi sistemi yaxın bir il ərzində işə salınacaq

Azərbaycana gələn əcnəbilər üçün vizaların internet vasitəsilə verilməsi sistemi yaxın bir il ərzində işə salınacaq
# 28 sentyabr 2012 11:10 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, vizaların internet vasitəsilə verilməsi sistemi yaxın 6 ay – 1 il ərzində işə salınacaq: “Bu vizalar Azərbaycana yalnız turizm məqsədilə gələn əcnəbilərə veriləcək”.

Nazir bildirib ki, hazırda bununla bağlı hazırlıq işləri aparılır: “Avadanlıqlar alınıb və quraşdırılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR