«Bank of Baku» yeni kampaniya keçirir

«Bank of Baku» yeni kampaniya keçirir
# 15 mart 2012 15:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC Novruz bayramı ilə əlaqədar «Bolkart» istifadəçiləri üçün nağd pul kampaniyasına start verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mart ayının 15-dən 26-dək pul çıxaran kart sahibləri mayın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırma üçün komissiya haqqı 2,5% təşkil edir.

Qeyd edək ki, «Bolkart» tamamilə pulsuz, bərpa olunan limitli və faydalı kredit kartıdır. «Bolkart»dan «Bank of Baku» ilə tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür. «Bolkart»ı həm on-line rejimdə - http://www.bolkart.az, eyni zamanda «Bank of Baku»nun istənilən filialına müraciət etməklə almaq olar.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR