«Parabank» turistlərə plastik kartlar təklif edir

«Parabank» turistlərə plastik kartlar təklif edir
# 02 iyul 2012 12:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC səyahət paketi üçün müştərilərə plastik kartlar təklif edir.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankla müvafiq turizm agentliyi ilə imzalanmış əməkdaşlığa əsasən, səyahət paketi üçün müraciət edən hər bir müştəri bankın plastik kartlarını bir-başa tur-agentlikdən sifariş edə bilər. Sifarişlər 3 kart növü – «Visa Gold», «Visa Platinium», «Visa İnfinity» üzrə qəbul olunur.
Plastik kartlara əlavə olaraq müştərilərə pulsuz imtiyazlar paketi də hədiyyə olunur. Əlavə məlumat almaq istəyənlər «Parabank»ın məlumat mərkəzi - 139 nömrəsinə müraciət edə bilər.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR