Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələr qurulmasından 20 il ötür

Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələr qurulmasından 20 il ötür
# 24 sentyabr 2012 12:27 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələr qurulmasından 20 il ötür.

İndoneziyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir Prayono Atiyanto bu münasibətlə yaydığı açıqlamada bildirib ki, iki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq səviyyədə güclü siyasi əlaqələr qurulub.

Diplomat Azərbaycan və İndoneziya arasında əməkdaşlığı genişləndirmək üçün bir sıra imkanların olduğunu vurğulayıb: “İndoneziya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ona görə də Azərbaycanla birbaşa ticarət qurmaq, o cümlədən investisiyalar, energetika və turizm sahəsində əlaqələri dərinləşdirmək niyyətindəyik. İki ölkə arasında əldə olunmuş razılığa əsasən, yaxın vaxtlarda İqtisadi əməkdaşlıq üzrə birgə komissiya yaradılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR