Erməni musiqiçilər Bakıda konsert proqramı ilə çıxış edəcəklər

Erməni musiqiçilər Bakıda konsert proqramı ilə çıxış edəcəklər
# 09 avqust 2012 14:54 (UTC +04:00)
Bakı.Anaxanım Hidayətova-APA. Ermənistan Dövlət Gənclər Orkestrinin 10 musiqiçisi “I, Culture Оrchestra” layihəsi çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edəcəklər. APA-nın “Armenpress”ə istinadən yaydığı məlumata görə, layihə çərçivəsində erməni musiqiçilərin Lyublyana, Varşava, Minsk, Kiyev, Kişinyov, Tiflis və Bakıda konsertləri nəzərdə tutulur. Konsertlər avqustun 24-dən sentyabrın 2-dək keçiriləcək.
“I, Culture Оrchestra” - Adam Mitskeviç İnstitutu tərəfindən yaradılmış layihədir və 2011-ci ildə Polşanın Avropa Birliyinə sədrliyi dövründə mədəni mübadilə proqramlarının əsas elementlərindən sayılır. Bu layihə “Şərq Tərəfdşlığı” proqramı çərçivəsində iştirakçı ölkələrin gənc musiqiçilərini bir araya gətirməyi nəzərdə tutur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR