Pakistanda Mehriban Əliyeva adına qızlar məktəbinin açılışı olub
19 sentyabr 2012 13:29 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 18-də keçirilən mərasimdə Pakistanın təhsil naziri Sadıq Dar, informasiya və yayım naziri Bazil Nakvi, fövqəladə hallar katibi Sərdar Rəhim Xan, Millət vəkili Sədəf Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, eləcə də media nümayəndələri iştirak ediblər.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov M. Əliyevanın Azərbaycanda və Pakistanda, həmçinin digər xarici ölkələrdə həyata keçirdiyi irimiqyaslı layihələr barədə ətraflı məlumatlar verib, adıçəkilən məktəbin ərazisinin genişləndirilərək əsaslı təmir olunduğunu diqqətə çatdırıb.
Səfir həmçinin, məktəbin 5 əlaçı şagirdinə Heydər Əliyev Fondu tərəfindən aylıq təqaüdlərin ayrıldığını da bildirib.
Pakistanın təhsil naziri Sadiq Dar 2005-ci ildə baş vermiş zəlzələdən sonra Azərbaycanın Pakistana yardım edən ilk ölkələr sırasında olduğunu qeyd edib, təbii fəlakət zamanı dağılmış 150 nəfərlik məktəbin yerində 500 nəfərlik müasir məktəbin inşa olunduğunu vurğulayıb. Sadiq Dar görülən işlərə görə M. Əliyevaya minnətdarlığını bildirib, Azərbaycanın birinci xanımının Pakistan xalqına, xüsusən də uşaqlara göstərdiyi qayğını yüksək dəyərləndirən Pakistanın rəsmi dövlət orqanları tərəfindən bu məktəbə məhz Mehriban Əliyevanın adının verilməsi barədə qərarı diqqətə çatdırıb.
Tədbirin sonunda hər bir şagirdə Heydər Əliyev Fondunun adından məktəb ləvazimatları ilə dolu çantalar, səfirlik tərəfindən İslamabadda dərc edilmiş kitablar və iki ədəd kompyuter hədiyyə edilib.

Xarici siyasət
XİN: Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır
20:03
19 may 2024
Latviya Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO - YENİLƏNİB
19:21
19 may 2024
İran səfirinin Azərbaycan Respublikasındakı diplomatik missiyası başa çatıb
18:44
19 may 2024
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
14:53
19 may 2024