Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycana səfər edəcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycana səfər edəcək
# 30 avqust 2012 14:01 (UTC +04:00)
Konsulluqdan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla QDİƏT arasında əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

V. Tvirkun QDİƏT-in təşkilat kimi formalaşmasında və inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirib, ümumi işin irəliləməsi üçün ölkənin çoxsaylı töhfələrinin olduğunu bildirib.

Öz növbəsində, H. Zeynalov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra tərəfdaş olduğu ölkələrlə və üzv olduğu beynəlxalq təşkilatlarla əməkdaşlıq bağlarını daim inkişaf etdirmək yolu ilə etibarlı və sadiq tərəfdaş imici qazandığını deyib.

Görüşdə Azərbaycanda həyata keçirilən islahatlardan, əldə edilmiş nailiyyət və uğurlardan, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə baş katibə məlumat verilib.

V. Tvirkun Azərbaycanın inkişafı və əldə etdiyi uğurlarla tanış olmaq məqsədilə yaxın vaxtlarda Bakıya səfər etməyi nəzərdə tutduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR