Akademik Milli Dram Teatrında Elçinin “Şekspir” əsəri əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası keçirilib

Akademik Milli Dram Teatrında Elçinin “Şekspir” əsəri əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası keçirilib
# 07 mart 2012 08:03 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Martın 6-da Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında hazırlanan yeni tamaşanın premyerası keçirilib. APA-nın məlumatına görə, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən, GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsinin tərkib hissəsidir.

Tamaşanın quruluşçu rejissoru Kişinyovdakı Ejen İonesku adına teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri xalq rəssamı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır.

Tamaşanın premyerasında xalq yazıçısı Elçin, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, dövlət rəsmiləri, Milli Məclisin üzvləri və tanınmış mədəniyyət xadimləri iştirak ediblər.

Akademik Milli Dram Teatrının səhnəsində “Şekspir” tamaşasının növbəti premyeraları 10-11 martda keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR