Gəncədə üçüncü Bayraq Meydanı inşa edilir

Gəncədə üçüncü Bayraq Meydanı inşa edilir
# 30 mart 2012 07:41 (UTC +04:00)
Sayca üçüncü olacaq Bayraq Meydanı Gəncənin Bakı istiqamətindən girişində yeni tikilən Gəncə qapıları və qala kompleksinin qarşısında inşa edilir. Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyindən APA-nın Qərb bürosuna verilən məlumata görə, yeni inşa edilən Bayraq Meydanında, Gəncə qapıları və qala kompleksində işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Yeni Bayraq Meydanında 70 metr hündürlükdə dalğalanacaq bayrağın eni 16, uzunluğu 30 metr olacaq. Gəncənin Bakı istiqamətindən girişində işlər yekunlaşdıqdan sonra şəhərin Şəmkir və Göygöl rayonları istiqamətlərindən girişlərində də qala kompleksləri və Bayraq meydanlarının tikintisi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR