Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb
# 27 sentyabr 2012 15:23 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assembleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında əlaqələr və qurumun BMT və digər beynəlxalq təşkilatlar yanında müşahidəçi statusu alması istiqamətində görülən işlər müzakirə olunub. Təşkilata üzv ölkələr arasında iqtisadi inteqrasiyanın artırılması, müxtəlif regionlarda diplomatik nümayəndəliklər səviyyəsində məsləhətləşmələr mexanizminin yaradılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR