Qax sakinindən narkotik vasitə götürülüb

Qax sakinindən narkotik vasitə götürülüb
# 07 aprel 2012 07:05 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Azərbaycanın Qax rayon sakinindən narkotik vasitə götürülüb.

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində rayonun Turaclı kənd sakini, 1968-ci il təvəllüdlü Məmmədov Akif Məmməd oğlu şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə A.Məmmədovun üzərinə baxış keçirilən zaman ondan 79,92 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Qax RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR