Azərbaycanda bu ilin birinci yarısında korrupsiya cinayətləri üzrə 160 şəxs barəsində 82 cinayət işi məhkəməyə göndərilib

Azərbaycanda bu ilin birinci yarısında korrupsiya cinayətləri üzrə 160 şəxs barəsində 82 cinayət işi məhkəməyə göndərilib
# 29 sentyabr 2012 09:11 (UTC +04:00)
APA-nın məlumatın görə, bunu “Azərbaycan” qəzetində dərc olunan məqaləsində baş prokuror Zakir Qaralov bildirib.

Z. Qaralov 2012-ci ilin birinci yarım ili ərzində keçirilmiş əməliyyat tədbirləri nəticəsində korrupsiya cinayəti törətmiş şəxslər barəsində başlanılan 25 cinayət işindən 13-nün "Qaynar xətt" əlaqə mərkəzinə, 12-nin isə adi qaydada daxil olduğunu qeyd edib: “Korrupsiya ilə mübarizə üzrə fəaliyyətin daha çevik və səmərəli təşkili nəticəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən rüşvət, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya ilə bağlı digər faktlar üzrə 2011-ci ildə 229 şəxs barəsində 142 cinayət işi, cari ilin birinci yarım ili ərzində isə 160 şəxs barəsində 82 cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib”.

Baş prokuror məqaləsində vətəndaşların prokurorluq orqanlarına inamının getdikcə artığını bildirib: “Prokurorluq orqanlarına əhalinin və ictimaiyyətin inam və etibarının artmasının nəticəsidir ki, 2011-ci ildə prokurorluq orqanlarına 2010-cu illə müqayisədə 33,7 faiz çox - yəni 56,8 mindən yuxarı ərizə və şikayət daxil olub. Bu ərizə və şikayətlərin 16,3 mini müvafiq qaydada həll edilib, o cümlədən 2360 müraciət qaldırılan məsələlər əsaslı olduğundan təmin olunub, 24 mindən çox vətəndaş, o cümlədən 12,4 mindən çoxu prokurorlar tərəfindən qəbul edilib. Baş Prokurorluğun "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 274 (2010-cu ildə 60 olub) müraciətə qısa müddət ərzində baxılaraq müvafiq tədbirlər görülüb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR