“Zenit” Mirça Luçesku ilə müqaviləyə xitam verib

“Zenit” Mirça Luçesku ilə müqaviləyə xitam verib
# 28 may 2017 19:39 (UTC +04:00)

Sankt-Peterburqun “Zenit” klubunun rumıniyalı baş məşqçi Mirça Luçesku ilə yollarını ayırması rəsmiləşib.

APA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.

Məlumata görə, “Zenit” Mirça Luçesku ilə müqaviləyə xitam verib. Məşhur futbol məşqçisi “Zenit” lə iki illik müqaviləni ötən ilin mayında imzalamışdı. M.Luçeskunun komandası Rusiya çempionatını 3-cü yerdə tamamlayıb.

Xatırladaq ki, Mirça Luçesku müxtəlif illərdə “İnter” (Milan), “Qalatasaray”, “Beşiktaş” və “Şaxtyor” (Donetsk) kimi klublarda uğurla çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR