DTX rəisi: “Azərbaycanın 900-dək vətəndaşı Suriya və İraqda terrorçulara qoşulub”

DTX rəisi: “Azərbaycanın 900-dək vətəndaşı Suriya və İraqda terrorçulara qoşulub”
# 03 mart 2017 08:27 (UTC +04:00)

“Azərbaycanın 900-dək vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqda terrorçulara qoşulub”.

APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, onlardan çoxu döyüşlər zamanı öldürülüb.

M. Quliyev qeyd edib ki, onlardan 84 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub, son bir ildə 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR