Rusiya aviasiya qüvvələri Suriya ordusuna Deyr-əz-Zoru azad etməkdə köməklik göstərib

Rusiya aviasiya qüvvələri Suriya ordusuna Deyr-əz-Zoru azad etməkdə köməklik göstərib
# 05 sentyabr 2017 17:41 (UTC +04:00)

Rusiya aviasiya qüvvələri Suriya ordusuna İŞİD terrorçularının müdafiəsini qırmaqda və Deyr-əz-Zor şəhərini azad etməkdə kömək edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva bürosuna daxil olan məlumatda deyilir. Bildirilir ki, Rusiya aviasiya qüvvələri “Kalibr” raketlərindən İŞİD-in dayaq nöqtələrinə, terrorçuların toplaşdığı ərazilərə və şəhərin girəcəyindəki hərbi texnikalara zərbə endirib: “Rusiya aviasiyasının zərbələrinin nəticələrindən istifadə edərək general Həsən Suhelin başçılığı ilə Suriya Hökumət qüvvələrinin bölmələri İŞİD-ın müdafiəsini qırıb, Deyr-əz Zor şəhərini azad edib. Terrorçular Suriya ordusunun həmləsinin qarşısını kamikadzelərlə və zirehli avtomobillərlə almağa çalışıb. Hökumət qüvvələri tərəfindən 50 avtomobil məhv edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR