“Təmiz Şəhər” aktivlərini artırıb

“Təmiz Şəhər” aktivlərini artırıb
# 05 may 2014 12:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Təmiz Şəhər” ASC-nin 2013-cü ildə cəmi aktivləri 69 835 520,29 manat təşkil edib ki, bu da 2012-ci ilin sonuna olan göstərici ilə müqayisədə 53,5% və ya 24,351 mln manat artıb.

APA-Economics”in “Təmiz Şəhər”in hesabatına istinadən yaydığı məlumata görə, cəmiyyətin uzunmüddətli aktivlərində hesabat dövründə 5 188 970,84 manat və ya 12,6% artaraq 46 277 188,43 mln. manata çatıb.

Hesabat dövründə cəmiyyətin məcmu kapital və ehtiyatları 10 899 271,33 mln manata bərabər olub ki, bu da ötən dövrlə müqayisədə 2,1 dəfə çoxdur.

Sənədə əsasən, “Təmiz Şəhər”in nizamnamə kapitalı 9 149 671,52 manat təşkil edib ki, bu da 2012-ci ilin sonuna olan göstərici ilə müqayisədə 18 dəfə çoxdur.

ASC-nin cəmi öhdəliklərinə gəlincə, 2012-ci ilə nisbətən 2013-cü ildə bu göstərici üzrə 14 mln. manatlıq artım qeydə alınıb. Yəni, qurumun cəmi öhdəlikləri 2012-ci ildə 44 953 325,17, 2013-cü ildə isə 58 936 248,96 manat olub.

Hesabat dövründə “Təmiz Şəhər”in gəlirləri 2,4 dəfə artaraq 16 159 549,73 manat təşkil edib. Əgər 2012-ci ildə “Təmiz Şəhər”in əməliyyat fəaliyyətindən gəliri 2 314 671,33 manat olubsa, 2013-cü ildə bu rəqəm 16 159 549,73 manata qədər artıb.

2013-cü ilin dekabrın 31-nə qurumun mənfəəti 1 749 599,81 manat təşkil edib.

ASC-nin 2012-ci ildə xərcləri 11 465 699,01 manat, 2013-cü ildə isə 14 391 401,69 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR