Azərbaycan prezidenti əfqanıstanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına başsağlığı verib
# 05 may 2014 15:38 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev əfqanıstanlı həmkarı Həmid Kərzaiyə başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, ölkənizin şimal-şərqində baş vermiş irimiqyaslı təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR