Bank Of Baku

Mikayıl Müşfiqin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Mikayıl Müşfiqin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib
# 24 iyun 2008 16:39 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı APA. Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Mikayıl Müşfiqin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mikayıl Müşfiqin anadan olmasından 100, güllələnməsindən 70, bəraət almasından isə 50 il ötdüyünü bildirib. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, professor Nizaməddin Şəmsizadə, şair Gülhüseyn Hüseynoğlu Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıblar, mərhum şairin Azərbaycan ədəbiyyatındakı roluna toxunublar. Daha sonra Mikayıl Müşfiqin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR