Bank Of Baku

Vaqif Bayatlı Odərin kitabının təqdimatı olub

Vaqif Bayatlı Odərin kitabının təqdimatı olub
# 30 iyun 2008 11:22 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün şair Vaqif Bayatlı Odərin “Yupyumru bir eşq ilə” şeirlər kitabının təqdimatı olub. APA-nın məlumatına görə, kitabda şairin əsasən son illərdə yazdığı şeirlər toplanıb. Tədbirdə çıxış edən xalq yazıçısı, millət vəkili Əkrəm Əylisli bu gün Azərbaycan ədəbiyyatında da avtoritetə ehtiyac olduğunu bildirib: “Bu gün Azərbaycan poeziyasına yeni qüvvələr gəlir. Qəribədir ki, Əli Kərim kimi, Vaqif Bayatlını da yamsılayanlar yoxdur. Əli Kərim kimi Vaqif də ruhunda talana yol vermir, ona görə də sevilir və hamıdan seçilir”. Professor Kamil Vəli Nərimanoğlu, xalq şairi Sabir Rüstəmxanlı, rejissor Vaqif İbrahimoğlu, bəstəkar Cavanşir Quliyev və başqaları çıxış edərək, V. Bayatlının yaradıcılığının xüsusiyyətlərindən danışıb, yeni kitabını şairin daha bir sevgi naməsi adlandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR