Bank Of Baku

Aşıq Şəmşirin anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib

Aşıq Şəmşirin anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib
# 30 iyun 2008 15:33 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Dövlət Mahnı Teatrında əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan xalq şairi Zəlimxan Yaqub Aşıq Şəmşiri Aşıq Ələsgərdən sonrakı Azərbaycan aşıq sənətinin ən gözəl nümayəndəsi adlandırıb. Tədbirdə müasir aşıqların ifasında ustadın qoşma və gəraylıları ifa edilib, sözlərinə bəstələnmiş mahnılar oxunub, yaradıcılığından nümunələr söylənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR