Bank Of Baku

Professor Cəmil Həsənlinin “Azərbaycanda milli məsələ: Siyasi rəhbərlik və ziyalılar (1954-1959)” adlı kitabı işıq üzü görüb

Professor Cəmil Həsənlinin “Azərbaycanda milli məsələ: Siyasi rəhbərlik və ziyalılar (1954-1959)” adlı kitabı işıq üzü görüb
# 04 iyul 2008 12:33 (UTC +04:00)
Bakı. Dilarə Elxanqızı - APA. Professor Cəmil Həsənlinin “Azərbaycanda milli məsələ: Siyasi rəhbərlik və ziyalılar” adlı kitabı işıq üzü görüb. APA-nin məlumatına görə, kitabda Azərbaycan tarixinin maraqlı bir dövrünü əhatə edən hadisələr yer alıb. Yeni nəşrdə eyni zamanda 1954 -1959-cu illərdə respublikada yeni rəhbərliyin formalaşması, onun həyata keçirdiyi islahatlar, dövlət dili haqqında qanunun qəbul edilməsi və onun tətbiqi ilə bağlı meydana çıxan çətinliklər barədə söhbət açılıb. Əsərdə həmin dövrdə respublikaya rəhbərlik etmiş İmam Mustafayev, Mirzə İbrahimov və Süleyman Rəhimovun bilavasitə Moskvanın müdaxiləsi ilə vəzifədən vəzifəsindən uzaqlaşdırılmasının qaranlıq məqamlarına aydınlıq gətirilib. Kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov, rəyçisi tarix elmləri doktoru, professor Eldar İsmayılovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR