Bank Of Baku

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, yazıçı Gülşən Lətifxanın “Azər və Aida” romanının təqdimatı keçirilib

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, yazıçı Gülşən Lətifxanın “Azər və Aida” romanının təqdimatı keçirilib
# 10 iyul 2008 11:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakıda Niderlandda yaşayan həmyerlimiz, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, yazıçı Gülşən Lətifxanın “Azər və Aida” romanının təqdimatı keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu, Gülşən Lətifxanın ikinci romanidir. “Azər və Aida” əsəri iki gəncin faciəli taleyindən bəhs edir. Romandakı hadisələr əsasən Qarabağ müharibəsinin başlandığı ərəfə və müharibədən sonrakı dövrə aiddir. Bu əsər Avropa oxucularında onlara uzaq olan bir xalqın zəngin mədəniyyəti ilə yanaşı, həm də sosial həyatı barədə dəqiq təsəvvür yaradır. Müəllif romanin qəhrəmanı olan iki gəncin obrazında Qarabağ müharibəsinin ağrı-acısını, faciəsini yaşayan insanların taleyini canlandırıb. Kitabdakı illüstrasiyaları isə Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətov çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR