Bank Of Baku

Azərbaycan Türk Dünyası Yazarlarının I Hekayə Yarışmasından uzaqlaşdırıla bilər

Azərbaycan Türk Dünyası Yazarlarının I Hekayə Yarışmasından uzaqlaşdırıla bilər
# 24 iyul 2008 11:51 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Türk Dünyası Yazarlarının I Hekayə Yarışmasından uzaqlaşdırıla bilər. APA-nın məlumatına görə, buna səbəb Azərbaycanın müsabiqənin şərtlərini pozmasıdır. Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin Daimi Məclisinin baş katibi, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli APA-ya açıqlamasında məlumatı təsdiqləyib: “Türk dünyası Ədəbiyyat Dərgiləri Konqresinin I Forumunda Mahmud Kaşqarlının 1000 illiyinə həsr edilən bu yarışmanın 24 milli subyektin iştirakı ilə keçirilməsi qərara alınıb. Müsabiqənin I mərhələsinin qalibi II mərhələdə iştirak etmək hüququ qazanacaq. Yarışmanın qalibinə isə 6 min avro mükafat veriləcək”. E. Hüseynbəyli deyib ki, müsabiqənin şərtinə əsasən, iştirakçı və münsiflərin adları açıqlanmamalı, hekayələr şərti imza ilə təqdim edilməlidir: “Təəssüf ki, Azərbaycanda münsiflər heyətinə müxtəlif təsirlər var. Təzyiq göstərən belə iştirakçı və münsifin adları da son anda açıqlanacaq”. E. Hüseynbəyli Azərbaycan üzrə nəticələrin ləğv edilməsinin mümkün olduğunu bildirib: “Bizim nəticələr ləğv edilə və Azərbaycan türk dünyasının bu nüfuzlu yarışmasında təmsil olunmaya bilər. Artıq müsabiqənin I mərhələsinin vaxtı bitib, qalib açıqlanmalı, ya da nəticə ləğv edilməlidir. Məsələ ilə bağlı son müzakirədən sonra yekun qərar veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR