Bank Of Baku

Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin Berlində xatirə lövhəsi və büstü qoyulacaq

Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin Berlində xatirə lövhəsi və büstü qoyulacaq
# 28 iyul 2008 13:35 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu il sentyabrın 12-də Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin Almaniyanın Berlin şəhərində vaxtilə yaşadığı Fasanenstrş, 72 ünvanındakı evinin qarşısında xatirə lövhəsi və bürüncdən hazırlanmış büstünün açılışı olacaq. APA-nın məlumatına görə, bu barədə Berlində yaşayan tədqiqatçı, Almaniyada Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi məlumat verib. O, Azərbaycandan 50 nəfərdən ibarət nümayəndə heyətinin açılış mərasimində iştirakının nəzərdə tutulduğunu bildirib: “Məhəmməd Əsəd bəy haqqında “UM VELT FİLM BERLİN” studiyasında “Aslanın adı ilə” adlı sənədli filminin son çəkilişləri aparılır. Eyni zamanda, Berlindəki İslam İnstitutu və digər rəsmi orqanlar tərəfindən alman ekspertiza məktubları əsasında İtaliyanın Positano şəhərində Əsəd bəyin tərsinə qoyulmuş məzarının üzü qibləyə çevrilməsi mərasimi keçiriləcək. Film bu mərasimin görüntüləri ilə tamamlanacaq”. N. Atəşi kitabları bütün dünyada məşhur olan Məhəmməd Əsəd bəyin məhz azərbaycanlı olması və ona sahib çıxılması ilə bağlı Azərbaycanın dövlət və ictimaiyyət nümayəndələrinə müraciət etdiklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR