Bank Of Baku

Azər Almaszadə: “Almas İldırımın məqalələri hələ də çap olunmayıb”

Azər Almaszadə: “Almas İldırımın məqalələri hələ də çap olunmayıb”
# 29 iyul 2008 07:57 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Atamı daha çox şair kimi tanısalar da, o, qəzetçi, jurnalist kimi də fəaliyyət göstərib. Onun yaradıcılığının bu hissəsi oxucular, o cümlədən mənim üçün hələ də sirlidir, naməlumdur. Avropanın arxivlərində saxlanan bu materiallar, Almas İldırımın məqalələri hələ də çap olunmayıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan şairi Almas İldırımın oğlu Azər Almaszadə deyib. O, atasının şəxsi arxivinin Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verildiyini bildirib: “Onun arxiv materialları əsasında tədqiqat aparılır. Amma indi eşidirik ki, Almaniyada Məmməd Əmin Rəsulzadə ilə bərabər “Qurtuluş” jurnalını çap ediblər. 70 sayı işıq üzü görən dərginin materialları Berlin Arxivində saxlanılır. Türkiyənin “Həyat”, “Çinar altı”, “Turan” qəzetlərində müxtəlif mövzuda yazıları nəşr olunub. Bütün bunlar küll halında oxuculara, xüsusən Azərbaycan xalqına çatdırılmayıb. Atamın tək dərdi Azərbaycan idi, vətən sevgisi ona ailəsini, uşaqlarını da unutdurmuşdu. Arzu edirəm ki, onun Azərbaycan naminə etdiklərinin, yazdıqlarının hamısından xalqı xəbərdar olsun, qürbət ölkələrdəki arxiv materialları əsasında Almas İldırımın yaradıcılığı bütünlüklə tədqiq və çap edilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR