Bank Of Baku

Aleksandr Soljenitsın vəfat edib

Aleksandr Soljenitsın vəfat edib
# 04 avqust 2008 07:51 (UTC +04:00)
A. Soljenitsın 1918-ci ildə Kislovodsk şəhərində anadan olub. Rostov Universitetinin fizika-riyaziyyat, Moskva Fəlsəfə İnstitutunun tarix və ədəbiyyat fakültələrini bitirib. Böyük Vətən Müharibəsində iştirak edib. 1945-ci ilin fevralınadək döyüşərək kapitan rütbəsinə qədər yüksəlib. Ancaq bir dostuna göndərdiyi məktublarda İosif Stalini tənqid etdiyinə görə həbs olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilib və sürgünə göndərilib. 1956-cı ildə azadlığa buraxılıb və yaradıcılığa başlayıb. Onun “İvan Denisoviçin bir günü” adlı əsəri Aleksandr Tvardovskinin səyləri ilə 1962-ci ildə çap edildikdən sonra A. Soljenitsın bütün ittifaqda məşhurlaşıb. Müəllifin sonrakı əsərləri isə sovet rejimi tərkibində qadağan edilib. Onun Rusiya inqilabı haqqında yazdığı “Qırmızı təkər” əsəri müəllifə xaricdə də populyarlıq qazandırıb. 1969-cu ildə A. Soljenitsın SSRİ Yazıçılar İttifaqından xaric edilib. 1970-ci ildə isə ona ədəbiyyat sahəsində Nobel mükafatı verilib. Dörd il sonra o, SSRİ vətəndaşlığından çıxarılıb və Qərbə mühacirət edib. 1989-cu ildən etibarən yazıçının əsərləri yenidən SSRİ-də çap olunmağa başlayıb. “Novıy mir” jurnalı onun məşhur “Arxipelaq QULAQ” əsərini hissə-hissə çap edib. 1990-cı ildə yazıçıya yenidən SSRİ vətəndaşlığı verilib. A. Soljenitsının “Rusiyanı yenidən necə qurmalı” əsəri 27 milyon tirajla nəşr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR