Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyi təqaüd alacaq gənclərin əlavə siyahısını hazırlayıb

Azərbaycan Yazıçılar Birliyi təqaüd alacaq gənclərin əlavə siyahısını hazırlayıb
# 04 avqust 2008 12:21 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Yaşlı və gənc nəslə bir illik təqaüdlərin verilməsi ilə bağlı prezidentin sərəncamına əsasən 20 gənc və 50 yaşlı yazıçıdan ibarət siyahını Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişdik. Yaş senzi əsas götürülərək bizim siyahımızdakı 8 gənc yazıçı bu təqaüdə layiq görülmüşdü. Hazırda boş qalan 12 yer üçün əlavə siyahı hazırlanıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Ədalət Əsgəroğlu deyib. O, əlavə siyahıda yer alan gənclərin də AYB üzvü olduqlarını bildirib. Siyahıda Əvəz Qurbanlı, Xuraman Hüseynzadə, Pərviz Yusif, Faiq Hüseynbəyli, Ələmdar Cabbarlı və digər gənclərin adları var. Hazırda təqaüd alan 58 yazıçı kimi, əlavə siyahıda adı olan 12 nəfərin də təqaüdlərinin bu ilin mayından hesablanması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR