Bank Of Baku

MDB-nin gənc şairləri arasında keçirilən beynəlxalq şeir müsabiqəsinin nəticələri açıqlanıb

MDB-nin gənc şairləri arasında keçirilən beynəlxalq şeir müsabiqəsinin nəticələri açıqlanıb
# 05 avqust 2008 16:36 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün MDB-nin gənc şairləri arasında keçirilən “Gənclərin həmrəyliyi” beynəlxalq şeir müsabiqəsinin nəticələri açıqlanıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, finala 10 ölkənin 33 şairi vəsiqə qazanıb. Mükafat uğrunda Azərbaycan, Belarus, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistan təmsilçiləri mübarizə aparacaq. Təşkilatçılar müsabiqəyə yaşı 35-ə qədər olan 100-dən çox yazarın rus və milli dildə şeirlərinin təqdim edildiyini və bütün iştirakçıların şeirlərindən ibarət almanax hazırlandığını bildiriblər. Qaliblər sentyabrda elan ediləcək, mükafatların təqdimatı isə Düşənbədə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR