Bank Of Baku

«Erməni xəyanəti və Gürcüstan» adlı kitab Azərbaycan dilində çap olunub

«Erməni xəyanəti və Gürcüstan» adlı kitab Azərbaycan dilində çap olunub
# 07 avqust 2008 18:50 (UTC +04:00)
Bakı. Rəşad Sleymanov - APA. Azərbaycan dilində «Erməni xəyanəti və Gürcüstan» adlı kitab işıq üzü görüb. APA-nın məlumatına görə, jurnalist Nəriman Əliyevin gürcü dilindən çevirdiyi materialların yer aldığı kitabda ermənilərin Gürcüstanda törətdikləri vəhşiliklər, faciələr əksini tapıb. Kitabda müxtəlif illərdə gürcü mətbuatında dərc olunmuş yazılar toplanıb. Həmin yazılarda Gürcüstanda yaşayan ermənilərin separatçılıq meyilləri, Gürcüstana qarşı mədəni və tarixi ekspansiaları, onların Abxaziyada gürcülərə qarşı döyüşmələri, günahsız gürcü sakinlərin məhvində iştirakı və s. faktlarla göstərilib. Kitabda bu faktları təsdiqləyən şəkillər də yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR