Fidan və Xuraman Qasımovalar Ankarada solo konsert proqramı ilə çıxış edəcəklər
18 dekabr 2006 11:37 (UTC +04:00)
Dekabrın 21-də xalq artistləri Fidan və Xuraman Qasımovalar Türkiyənin paytaxtı Ankarada solo konsert proqramı ilə çıxış edəcəklər. Bu barədə APA-ya Bakı Musiqi Akademiyasından məlumat verilib. Sənətçiləri konsert zamanı Türkiyənin Bilkənd Universitetinin orkestri müşayiət edəcək. Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının da əsərlərini ifa edəcək Fidan və Xuraman Qasımovaların səfəri dekabrın 23-də başa çatacaq. /APA/